Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verib – VİDEO

Dünya


“Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib:

“Bu baxımdan Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur”.

Qeyd edək ki, A.Berbok daha əvvəl Qarabağda fəlakətli vəziyyətin hökm sürdüyünü bildirmişdi.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir