Vəzifə səlahiyyətlərindən sui-istifadə edən keçmiş məmur məhkəmə zalında həbs olundu

Kriminal


Sumqayıt Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ziyad Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Əliyev bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd olunub ki, Ziyad Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında dərhal həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, Sumqayıt şəhər 12 saylı Mənzil-Kommunal Sahəsinin rəisi vəzifəsində işləmiş Ziyad Əliyev Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinib. Cinayət materiallarında qeyd olunub ki, Ziyad Əliyev vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir