“Şakal” sözünə görə Türkiyədə oxuyan tələbəni məktəb yaxınlığında bıçaqladı – MƏHKƏMƏ

Kriminal


Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Lətif Lətifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, hadisə 03 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Lətif Lətifov tanışı, zərərçəkmiş Mahir Qədirovla “WhatsApp”da yazışma zamanı zarafatlaşıb. Həmin vaxt zərərçəkmiş ona “şakal” (çaqqal) sözü yazıb və tərəflərin arasında mübahisə yaranıb. Daha sonra onlar mübahisəyə aydınlıq gətirmək üçün 17 №-li tam orta məktəbin yaxınlığındakı avtomobil təmiri emalatxanasının qarşısına gediblər.

Orada zərərçəkmiş şəxs onu mənzilindən qeyd olunan yerə dəvət etməsinə irad bildirib və Lətifin ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Mahir ona əlləri və ayaqları ilə zərbələr endirib zor tətbiq edərək aktiv müqavimət göstərmək imkanından məhrum edib. Nəticədə Lətif üzərindəki bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Lətif Lətifovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, zərərçəkmiş Mahir Qədirov Türkiyədə universitetlərin birində təhsil alır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir