Yəməndə “Sərhədsiz həkimlər” təşkilatının iki əməkdaşı qaçırıldı

Dünya


Yəməndə naməlum silahlılar “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının iki əməkdaşını qaçırıblar.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, təşkilatın əməkdaşları Marib vilayətinin şərqindəki Əl-İrkeyn bölgəsində qaçırılıb.

Onlara bu bölgəni Şəbva əyaləti ilə birləşdirən avtomobil yolunda hücum olunub.

Hadisə ilə bağlı başqa təfərrüatlar açıqlanmır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir