Portuqaliya klubunun 60 milyon avro qiymət qoyduğu futbolçu “Turan Tovuz”da – FOTO

Dünya


“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Qərb təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Budaq Nəsirovla münasibətlər rəsmiləşdirilib. 26 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanıb.

Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi “Turan”, “Sumqayıt”,  “Araz Naxçıvan”,  “Kəpəz” və “Sportinq”də (Portuqaliya) çıxış edib. O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı əsas yığmanın da formasını geyinib.

Qeyd edək ki, Budaq Nəsirov Portuqaliya “Sportinq”inə keçərkən klub ona 60 milyon avro qiymət qoyub. Lakin orada karyerası uğursuz alındıqdan sonra o, futboldan uzaqlaşıb. B.Nəsirov bir müddət idi, “Turan Tovuz”da məşq edirdi.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir