Polis Tolikə qarşı dələduzluq edən şəxsi saxladı – FOTO

Cəmiyyət


Aparıcı Tarix Əliyev (Tolik) ona qarşı dələduzluq edən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb. 

Tolik onu aldadaraq pulunu alan qrafistdən məbləği geri aldığını deyib:

“Daxili İşlər Nazirliyinin (DİN) bütün əməkdaşlarına təşəkkür edirəm. Şikayətim böyük məsələ olmasa da, tez bir zamanda reaksiya verildi. Mənə qarşı dələduzluq edən, pulumu alıb, işini təhvil verməyən “qrafist” tapıldı. Həm mənə qaytarmadığı məbləğ, həm də qanun qarşısında izahatı alındı. Bəzən sosial şəbəkədə düşünürlər ki, kimisə aldatsalar məsələ elə belə də qalacaq. Amma DİN bu halların qarşısını alır”.

Qeyd edək ki, Tolik daha əvvəl “Bir qrafist 150 manat alıb məndən, qaytarmır. Hamıya da pul borcu var. Mənim pulumu yeyə bilməz, boğazında qalar. Onu mənimlə tanış edənləri də siləcəyəm” sözlərini söyləyib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir