Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini bir avroya satdı – FOTO

Dünya


Pivə istehsalçısı olan “Heineken” şirkəti Rusiyadakı aktivlərini, o cümlədən yeddi pivə zavodu və 1 800 işçisini simvolik qiymətə – bir avroya satıb.

Bu barədə şirkətdən məlumat verilib.

“Heineken” Rusiyadakı biznesinin satışını təxminən bir avro dəyərində simvolik məbləğ üzrə  rəsmiləşdirdi”, – deyə alkoqol istehsalçısının rəsmi saytında bildirilib.

Əlavə edilib ki, biznesin tərkibinə yeddi pivə zavodu və 1 800 işçi daxildir. Satış Rusiyanın qablaşdırma və kosmetika şirkəti olan “Arnest Group” şirkəti ilə həyata keçirilib. Həmçinin vurğulanıb ki, bu razılaşma 18 aylıq danışıqlardan sonra tamamlanıb.

Mənbə: URA.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir