Gəncədə 11 yaşlı yeniyetməni avtomobil vurub

Cəmiyyət


Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, yolu keçən 2012-ci il təvəllüdlü Yağmur Umud qızı İsgəndərovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə əvvəlcə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir