Avropa Liqası: “Qarabağ”ın pley-offdakı mümkün rəqibi dəqiqləşib

Dünya


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

resmixeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III raundda Finlandiya HIK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə “Qalatasaray”ına uduzması səbəb olub – 0:3, 0:1.

“Köhlən atlar” pley-offa yüksəlsələr, ilk görüşü səfərdə keçirəcəklər.

Qeyd edək ki, HIK – “Qarabağ” matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir