Məşhur türkiyəli müğənni konsertə gedərkən qəzaya düşdü – FOTO

Dünya


Avqustun 11-də Alanya Açıq Hava Teatrında konserti gözlənilən məşhur türkiyəli müğənni Tan Taşçı qəzaya düşüb.

Müğənninin içində olduğu minik avtomobili Burdurun Bucak rayonunda hərəkətdə olan yük maşınına arxadan çırpılıb. Yol-nəqliyyat hadisəsi zamanı Tan Taşçı, onun meneceri Ecmal Kayahan və sürücüsü Mehmet Emre yaralanıblar.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb olunub. Yaralılar Bucak Dövlət Xəstəxanasına aparılıblar. Həkimlər yaralıların səhhətinin yaxşı olduğunu bildiriblər.

Konsertin ləğv edilib-edilməyəcəyi ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Mənbə: “Sabah” 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir