ADY: “Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur”

Cəmiyyət


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) isti hava şəraiti ilə əlaqədar əməliyyatları dayandırmağın qeyri-mümkün olduğu səbəbindən istehsalat sahələrində iş növbələrlə icra olunur.

Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” isti hava şəraitində də əməliyyatların dayanıqlı olması məqsədilə əməkdaşlarının sağlamlığı və təhlükəsizliyini təmin edir:

“11:00-17:00 arasında günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmağın riskli olduğunu nəzərə alaraq, işçilərə istirahət üçün imkan yaradılır, onlar içməli sularla davamlı təchiz edilirlər”.

Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir