“Azərpoçt” ABA-ya üzv oldu

Cəmiyyət


Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” artıq Azərbaycan Banklar Assosiasiyasına üzv qəbul olundu.

“resmixeber.az-Economics” xəbər verir ki, 8 iyun, 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas zamanı ABA-ya üzv olmaq hazırda qeyri-bank status daşıyan “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilib və poçt operatoru ABA-nın üzvlərinin siyahısına daxil edilib.

Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər və digər maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir