Ermənistanda rusiyalı ifaçıya qarşı cinayət işinin açılması üçün imza toplandı

Dünya


Ermənistanın 1200-dən çox vətəndaşı “Little Big” qrupunun təsisçisi İlya Prusikinə (Rusiyada xarici agent kimi tanınıb) qarşı cinayət işinin başlanması və onun avqustun 12-də İrəvanda keçiriləcək konsertinin qadağan edilməsi tələbi ilə Respublika Baş Prokurorluğuna müraciət imzalayıb.

Bu barədə vəkil Ara Zöhrabyan məlumat verib.

“Müğənni İlya Prusikin bir neçə ay əvvəl xristian xaçını skeytbord kimi istifadə edərək Milad bayramında keşiş qiyafəsi geyinib. Bu yolla o, xristian dəyərlərini ələ salıb və xristianların dini hisslərini təhqir edib. Bir gündə 1257 həmvətənimiz cinayət işinin qaldırılması ilə bağlı bəyanat imzalayıb. İşin açılması tələbi rəsmən Baş Prokurorluğa göndərilib”, – o, Facebook səhifəsində yazıb.

Qeyd edək ki, yanvar ayında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Prusikini xarici agentlərin reyestrinə daxil edib. Onun xarici mənbələrdən dəstək aldığı, Ukraynadakı müharibəni dayandırmağa çağırışlarla dost olmayan ölkələrdə konsertlər verdiyi, habelə dövlət orqanlarının fəaliyyəti ilə bağlı yalan məlumatlar yaydığı bildirilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir