2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi bəlli oldu

Dünya


“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Red Door” 2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi olub.

Ekran əsəri 182,5 milyon dollar gəlir əldə edərək, əvvəlki lider “M3GAN”ı (180,8 milyon dollar) geridə qoyub.

Ümumilikdə, bu günə qədər “Astral” franşizasındakı filmlər dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.

Patrik Vilsonun rejissor debütü “Astral 5” isə silsilənin 13 illik tarixində ən çox gəlir gətirən hissə adını qazanıb.

Mənbə: kinonews.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir