Yasmin İvanoviç: “Azərbaycanın ədalət və suverenlik naminə savaşını tam dəstəkləyirəm”

Siyasət


“Mən Azərbaycanın ədalət və suverenlik naminə savaşını tam dəstəklədiyimi bildirirəm”.

“resmixeber.az” xəbər verir ki, bunu Bosniya və Herseqovina Dostluq Körpüləri Assosiasiyasının prezidenti Yasmin İvanoviç deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət müharibə cinayətkarlarının qanun qarşısında cavab verməsi üçün heç nə etməyib: “Əziz dostlar, qardaşlar, Bosniya soyqırımını yaşamış Bosniya xalqı nümayəndələri, mən erməni cinayətkarlar tərəfindən öldürülən azərbaycanlı qurbanların ağrısını hiss edirəm. Beynəlxalq ictimaiyyət, təəssüf ki, müharibə cinayətlərinin qarşısını almayıb. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət müharibə cinayətkarlarının qanun qarşısında cavab verməsi üçün heç nə etməyib. İnsan hüquqları müdafiəçiləri müharibə cinayətkarı Vaqif Xaçatryanın ifşasını tələb etmir. Mən Azərbaycan Respublikasının və xalqının ədalət və suverenlik naminə savaşmasını tam dəstəklədiyimi bildirmək istəyirəm”.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir