Şirvanda avtoxuliqanlıq edən şəxslər saxlanılıblar – FOTO

Cəmiyyət


Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan “Xəzər” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, VAZ-21074 markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hər iki sürücü – Cavid Əsgərzadə və İsmayıl Məcidov – barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 25 sutka inzibati qaydada həbs ediliblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir