Göyçayda avtomobilin vurduğu 72 yaşlı qadın 15 gün sonra ölüb.
resmixeber.az xəbər verir ki, iyulun 2-də rayon sakini, Sahib Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.
Xəstəxanaya yerləşdirilən qadın ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.RESMIXEBER.az