Paşinyan Brüsselə yollandı

Siyasət


Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-də Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşmək üçün Brüsselə gedib.

Bu barədə cümə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Bu axşam baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb. İyulun 15-də o, Aİ Prezidenti Şarl Mişel ilə görüşəcək. Bundan sonra Ermənistanın baş naziri, Aİ prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır”, – məlumatda deyilir.

Xatırladaq ki, üçtərəfli formatda əvvəlki görüş mayın 14-də Brüsseldə baş tutub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir