DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb

Cəmiyyət


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

resmixeber.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir