İran rejimi Zəncanda türk festivalının keçirilməsinə icazə vermədi – FOTO

Dünya


İranda İslam Mədəniyyəti və İrşad Nazirliyi “Ölkədə Türk Dillilərin İlk Ənənə və Adətləri Festivalı”nı ləğv edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, tədbirin keçirilməsinə dörd gün qalmış ETTELAAT və panfarsist qurumların təzyiqi ilə festival ləğv olunub.

Xatırladaq ki, Əmir Sahaminin katibliyi ilə Güney Azərbaycanın Zəncan şəhərində keçirilməsi nəzərdə tutulan tədbir üç gün davam etməli idi. Festivalda 11 teatr tamaşasının və 10 aşıq musiqisi əsərinin nümayişi planlaşdırılmışdı.

 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir