İlyarım ərzində üç ana ölümü: Lənkəran Regional Perinatal Mərkəzində nə baş verir?

Cəmiyyət


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Lənkəran Regional Perinatal Mərkəzindən şikayət var.

resmixeber.az-a yaxını orada vəfat edən şəxslər bildiriblər ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan xəstəxanada artıq üç ana ölümü baş verib: 

“İyul ayının 7-də mərkəzdə ana ölümü baş verib. Ölən ana özü də ailənin tək övladı olub. Xəstəxananın fəaliyyət başladığı vaxtdan indiyə qədər olan qısa müddət ərzində müəssisədə artıq üçüncü ana ölümünün baş verib. Bu da müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, 15.08.2022 tarixində Astara rayon, Rudəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmira Elşən qızı Əhədli, 08.04.2023 tarixində isə Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər.

Həmin xəstələr, öz ayaqları ilə xəstəxanaya gəlib, amma əməliyyatdan sonra vəfat ediblər. Bütün bu əməliyyatlar Lənkəran  Perinatal Mərkəzinin şöbə müdiri, cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki,  işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran Regional Perinatal Mərkəzində deyilən tarixlərdə həqiqətən də ana ölümləri qeydə alınıb, faktlarla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir