Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazandı – FOTO

Dünya


Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

resmixeber.az xəbər verir ki, Azərbaycanın ağırlıqqaldıranı üç qızıl medal qazanıb.

Yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Heydərov birdən qaldırma hərəkətində 118 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına layiq görülüb.

O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kiloqramı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kiloqram (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir