Elm və təhsil naziri: “Danışıq qabiliyyəti olmayan müəllimlər uğur qazana bilməyəcəklər”

Cəmiyyət


“11 ay bundan qabaq hamı deyirdi ki, müəllimlərin sertifikasiya imtahanını keçirməyin, pisdir”.

resmixeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin  Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bu imtahan mərhələli şəkildə olacaq:

“Biz bu gün qərar verib, çantamızı yığmırıq ki, imtahan edək. Bu, uzun bir prosesdir və burada maliyyə yükü var. Növbəti illərdə də digər müəllimlərin sertifikasiya imtahanı olacaq”.

Nazir qeyd edib ki, imtahanın müsahibə mərhələsində nitqi, danışıq qabiliyyəti olmayan müəllimlər uğur qazana bilməyəcəklər.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir