Zəngilan və Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Baş səhifə

Bakı. Trend:

Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.

Trend xəbər verir
ki, mayın 15-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli
kəndinə köç karvanı yola salınıb.




Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən,
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşan ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə – 26 nəfər, Cəbrayıl
rayonunun Şükürbəyli kəndinə isə 107 ailə – 453 nəfər
köçürülüb.