Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib (YENİLƏNİB) (FOTO/VİDEO)

Baş səhifə

Yevlax. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən
hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın
avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Aran Regional
Mərkəzinin xilasediciləri cəlb edilib.

“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Kamaz” markalı yük avtomobili, “Renault” markalı
avtomobildaşıyan və “Hyundai” markalı minik avtomobilinin iştirakı
ilə yol-qəza hadisəsi baş verib və “Kamaz” markalı avtomobilin
sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində
sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov
Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım
briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır”, – deyə məlumatda qeyd edilib.

17:30




xxx

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in
Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza Bakı-Qazax
avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində,
dairəvi yolda qeydə alınıb.

Məlumata əsasən, hadisə zamanı çuğundur daşıyan yük avtomobili
minik avtomobillərinin daşınması üçün istifadə olunan yük maşınına
çarpılıb.

Toqquşma nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu
Firidunov ağır xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası
tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.