Paşinyan Putinlə Ermənistan dəmir yollarının konsessiyası məsələsini müzakirə etmək istəyir

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşündə Ermənistan dəmir yollarının konsessiyası məsələsini müzakirə etmək niyyətindədir.

Paşinyan bunu “BoonTV” portalına müsahibəsində bildirib.

“Əvvəlki görüşlərdə olduğu kimi, qarşıdakı görüşdə də bütün mümkün məsələlər və onların qarşılıqlı məqbul ola biləcək həll variantları müzakirə ediləcək. Bu, ən mühüm məsələlərdən biridir. Dəmir yolu məsələsi ən vacib məsələlər sırasındadır”, – Paşinyan deyib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın vaxtlarda Paşinyanın Moskvaya səfərinin baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Vladimir Putin tərəfindən görüşə dəvət olunub.

Peskov qeyd edib ki, səfərin dəqiq vaxtı tərəflərin iş qrafikləri nəzərə alınmaqla razılaşdırılacaq.