Neft qiymətlərinin həftəlik icmalı

Baş səhifə

Bakı. Trend:

Bu həftə (14-18 sentyabr) “Azeri Light” (CIF), “Azeri
Light” (FOB Ceyhan), “Dated Brent” və “Urals” markalı neftin orta
qiymətləri artıb.

Trend-in neft bazarının iştirakçılarının məlumatları
əsasında apardığı hesablamalara görə, Azərbaycanın
“Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light” (CIF)
markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 10,51 ABŞ
dolları və ya 9,2 faiz artaraq bir barel üçün 124,18 ABŞ dolları
təşkil edib.

Məlumata görə, həftə ərzində bu markalı xam neftin
maksimum qiyməti bir barel üçün 128,03 ABŞ dolları, minimum qiyməti
isə 121,08 ABŞ dolları olub.




Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin orta qiyməti bir barel üçün 118,52 ABŞ
dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 8,68
ABŞ dolları və ya 7,9 faiz çoxdur. Həftə ərzində maksimum qiymət
bir barel üçün 122,45 ABŞ dolları, minimum qiymət isə 115,50 ABŞ
dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə
müqayisədə 3,63 ABŞ dolları və ya 4,2 faiz artaraq bir barel üçün
89,82 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimum qiymət 96,94
ABŞ dolları, minimum qiymət isə 84,21 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel
üçün 127,76 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə
müqayisədə 14,1 ABŞ dolları və ya 12,4 faiz çoxdur. Həftə ərzində
bir barel neftin maksimum qiyməti 132,19 ABŞ dolları, minimum
qiyməti isə 125,47 ABŞ dolları təşkil edib.

Neft / Data

14.09.2026

15.09.2026

16.09.2026

17.09.2026

18.09.2026

Orta qiymət

Azeri LT CIF

$127.29

$128.03

$122.15

$121.08

$122.37

$124.18

Azeri Light FOB Ceyhan

$121.71

$122.45

$116.62

$115.50

$116.30

$118.52

Urals (EX NOVO)

$96.94

$95.14

$87.70

$84.21

$85.12

$89.82

Dated Brent

$129.28

$132.19

$126.46

$125.47

$125.42

$127.76