İki ay əvvəl Həkəri çayında boğulan kişinin meyiti tapılıb

Baş səhifə

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.

Modern.az xəbər verir ki, FHN-in bildirdiyi məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.