
Bakı. Trend:
İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Sevilya” və
“Barselona” komandaları qarşılaşıb. “Ramon Sançes Pisxuan”
stadionunda (Sevilya, İspaniya) keçirilən oyunu baş hakim Xuan
Martines Munuera (Alikante) idarə edib. Qarşılaşma qonaqların 3:1
hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 19-cu dəqiqədə “Sevilya”nın yarımmüdafiəçisi Yussuf
Fofana vurub. Üç dəqiqə sonra kataloniyalıların hücumçusu Rafinya
hesabı bərabərləşdirib. 52-ci dəqiqədə Rafinya qarşılaşmada ikinci
qolunu vurub. 69-cu dəqiqədə isə Rafinya het-trik edərək oyunda
yekun hesabı müəyyənləşdirib – 3:1.
İspaniya çempionatında yeddi oyundan sonra “Barselona” 21 xal
toplayaraq turnir cədvəlinə başçılıq edir. “Sevilya”nın 13 xalı var
və komanda 5-ci pillədə qərarlaşıb.

