Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Suverenlik Günü ilə bağlı paylaşım

Baş səhifə

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib.

Modern.az xəbər verir ki,paylaşımda deyilir:

“Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”