Ağcabədidə 960 şagird yerlik məktəbin tikintisi planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin nəzdində Təsərrüfat Hesablı Əsaslı
Tikinti və Təchizat İdarəsi respublika üzrə Ağcabədi rayonu, Hüsülü
kənd 960 şagird yerlik tam orta məktəbin tikintisinin satın
alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 1500 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 16 oktyabr
2026-cı il saat 13:00-dan gec olmayaraq (GMT+4) təqdim
etməlidirlər. Tender paketlərinin açılışı 16 oktyabr saat 13:00-da
(GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 465 73 48




Əlaqədar şəxs: Salahova Nuranə-Gülgün

Email: [email protected]

Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18