
Bakı. Trend:
Xalq Bank müştərilərin gündəlik xərclərini daha rahat idarə
etməsinə imkan verən yeni XalqKart Taksit kartını təqdim edib.
Yeni kart müştərilərə partnyor mağazalarda etdikləri
alış-verişləri faizsiz 24 ayadək hissə-hissə ödəmək, həmçinin
birdəfəlik alış-verişlər üzrə 72 günədək güzəşt müddətindən
yararlanmaq imkanı verir. Bundan əlavə, kart sahibləri kredit
limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərlər.
XalqKart Taksit iki növdə təqdim olunur: XalqKart Cashback
Taksit və XalqKart Petrol Taksit. XalqKart Cashback Taksit
sahibləri birdəfəlik alış-verişlər üzrə 2% keşbek, XalqKart Petrol
Taksit sahibləri isə 3% Oil bonusu qazanırlar.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az//
rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

