TBMM sədr müavini xəstəliyi ilə əlaqədar istefa verib

Baş səhifə

Türkiyənin keçmiş ədliyyə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ vəzifəsindən istefa verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.

Hazırda Şanlıurfa millət vəkili olan Bekir Bozdağın xərçəng xəstəliyindən müalicə aldığı bildirilib.