Polşada təxribat aktları hazırlamaqda şübhəli bilinən səkkiz nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bunu Baş nazir Donald Tusk “X” sosial şəbəkəsində yazıb.
“Daxili Təhlükəsizlik Agentliyi digər xidmətlərlə birlikdə son günlərdə ölkənin müxtəlif ərazilərində təxribat hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri saxlayıb”, – o bildirib.
D.Tuskun sözlərinə görə, istintaq davam edir.
Qeyd edək ki, dünən Varşavada Tuskun “Vətəndaş Platforması” partiyasının ofisinə hücum edildiyi məlum olub. Təxribatı iki nəfər törədib, onlar binaya içində alışan maddə olan butulka atıblar. Butulka sınıb, lakin yanğının baş verməsinin qarşısını almaq mümkün olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

