“Düşünürəm ki, Ərdoğan mənim bu xahişimi yerinə yetirəcək” – Tramp

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Yəməndə husilərə qarşı hərbi əməliyyatlara qoşulmasını istədiyini bildirib.

Modern.az bildirib ki, o, Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu xahişə müsbət cavab verəcəyini düşündüyünü deyib.

“Ərdoğandan bunu xahiş edə bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan xahişimi yerinə yetirəcək”, – Tramp deyib.

Tramp daha sonra “Truth Social” platformasındakı paylaşımında husiləri sərt tənqid edib. O bildirib ki, ABŞ ötən il Yəməndə husilərin mövqelərinə intensiv zərbələr endirib. Lakin onların xahişindən sonra əməliyyatları dayandırıb. Trampın sözlərinə görə, husilər uzun müddət sakit qaldıqdan sonra yenidən fəallaşıblar və bu, İranın göstərişi ilə baş verir.

ABŞ Prezidenti husiləri Səudiyyə Ərəbistanına qəsdən hücumda və neft qiymətlərini artırmağa çalışmaqda ittiham edib.