Türkiyə Məkkə alyansının hərbi ehtiyaclarını təmin edə bilər – Hakan Fidan

Baş səhifə

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki,
husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Məkkə sazişinin
iştirakçısı olan ölkələrin yarana biləcək hərbi ehtiyaclarını
Türkiyə təmin edə bilər.

“Hazırda Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə və
suverenliyinə qarşı çox ciddi hücumların baş verdiyini görürük.
Bizim müttəfiqlik sazişimiz var və sözümüzə sadiqik. Xarici İşlər
Nazirliyi olaraq neft infrastrukturuna, xüsusilə Məkkəyə qarşı
həyata keçirilən hücumları pisləyirik. Məkkə alyansı çərçivəsində
baş verənləri diqqətlə izləyirik. Hərbi ehtiyaclar, xüsusilə
müəyyən texniki məsələlərlə bağlı tələbat yarana bilər və bunların
təmin edilməsində heç bir çətinliyimiz olmayacaq”, – deyə o,
husilərin hücumları fonunda Məkkə sazişinin iştirakçılarının
müdaxiləsinin nəzərdə tutulub-tutulmadığı ilə bağlı sualı
cavablandırarkən NTV telekanalının efirində bildirib.




Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin
Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar.
Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün
iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.