Putin yeni seçilən prezidenti təbrik etdi

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Cənubi Osetiyada keçirilən prezident seçkilərində qalib gələn Marat Kambolovu təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Putin Kambolovla telefon danışığı aparıb və onu seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, sentyabrın 18-də Cənubi Osetiyada prezident seçkiləri keçirilib.

Respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Emiliya Qaqqiyevanın sözlərinə görə, seçki protokollarının 99 faizinin işlənməsinin nəticələrinə əsasən, Marat Kambolov səslərin 85,12 faizini toplayaraq prezident seçkilərində qalib gəlib.