
Bakı. Trend:
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB onlar üçün yeni
imkanlar yaratmaqda davam edir! Artıq ölkənin aparıcı bilet satışı
platforması iTicket də tam inteqrasiya olunaraq ABB mobile
tətbiqinə əlavə edilib.
Bu möhtəşəm yenilik sayəsində tətbiq istifadəçiləri iTicket
platformasındakı bütün funksional imkanlardan birbaşa ABB mobile
daxilində yararlana bilərlər.
Konsertlərə, teatr tamaşalarına və başqa mədəni tədbirlərə bilet
almaq üçün artıq tədbirləri ABB mobile daxilində izləmək, yerləri
seçib heç bir əlavə məlumat daxil etmədən ödənişi də tətbiq
daxilində sürətli və təhlükəsiz şəkildə tamamlamaq olar. Tədbirə
keçid zamanı QR bilet də elə ABB mobile-dan əldə edilir!
ABB mobile-dan iTicket platformasındakı şəxsi kabinetə daxil
olmaq imkanı da yaradılıb. Müştərilər iTicket hesablarına birbaşa
ABB mobile üzərindən daxil olub əvvəllər aldıqları biletləri və
şəxsi məlumatlarını asanlıqla idarə edə bilərlər.
ABB mobile müştərilərin gündəlik ehtiyaclarının qarşılanması
üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni
inteqrasiyalar bundan sonra da davam etdiriləcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

