SOCAR-la Almaniya şirkəti arasında Əməkdaşlıq Proqramı imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə
Komitəsinin 9-cu iclası keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, iclasda ilk öncə
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, “Uniper SE”nin
kommersiya üzrə direktoru Karsten Poppinganın və Almaniyanın
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın
çıxışları dinlənilib.

Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə
çıxış edib.




Çıxışlarda SOCAR ilə “Uniper” şirkəti arasında uzunmüddətli və
qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi
bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji
təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da
genişləndirilməsi istiqamətində görülən işlər xüsusi
vurğulanıb.

Daha sonra SOCAR–Uniper əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə
mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar,
enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin
kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə
təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb.
İclasda, eyni zamanda kommunikasiya və korporativ sosial məsuliyyət
sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd
olunub.

Sonda SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında
2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.