Serbiya tarixində ilk dəfə Türkiyə ilə birgə hərbi təlimlərdə iştirak edib

Baş səhifə

Bakı. Trend:

Serbiya tarixində ilk dəfə NATO-nun təşkil etdiyi birgə hərbi
təlimlərdə iştirak edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Manevrlərdə Serbiya, Türkiyə, İtaliya və Rumıniyadan ümumilikdə
600-ə yaxın hərbi qulluqçu iştirak edib.

Təlimlərin gedişatını alyansın bir sıra ölkələrindən olan
müşahidəçilər, o cümlədən ABŞ, Britaniya, Fransa və Almaniya hərbi
qurumlarının nümayəndələri izləyib. Müharibə oyunları taktiki
xarakter daşıyır və mayın 23-ə kimi davam edəcək. Serbiya Müdafiə
nazirliyinin bəyanatına görə, birgə təlimlərdə əsas məqsəd təcrübə
mübadiləsidir.