
Bakı.Trend:
Rusiyanın üç hava limanında – Orenburq, İjevsk, Kirov şəhər hava
limanlarında mülki təyyarələrin qəbulu və göndərilməsinə müəvqqəti
məhdudiyyətlər tətbiq olunub.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin
(Rosaviasiya) Mətbuat xidməti “Telegram” kanalında məlumat
yayıb.
Bildirilib ki, Orenburq hava limanı Moskva vaxtı ilə saat
07:13-dən (Bakı vaxtı ilə 08:13) , İjevsk hava limanı 07:14-dən
(Bakı vaxtı ilə 08:14), Kirov hava limanı isə 07:16-dan (Bakı vaxtı
ilə 08:16) etibarən reyslərə xidmət göstərməyi dayandırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın bir sıra digər hava
limanlarında da təyyarələrin qəbulu və yola salınmasına
məhdudiyyətlər tətbiq edilmişdi. Belə ki, Ufa, Çeboksarı, Kazan,
Nijnekamsk, Buqulma, Samara, Ulyanovsk, Penza və Saratov hava
limanlarının iş rejimi dəyişdirilmişdi. Həmçinin Soçi hava
limanında da reyslərə xidmət müvəqqəti dayandırılmışdı, lakin
hazırda hava limanı fəaliyyətini adi rejimdə bərpa edib.

