Rubio Ukrayna münaqişəsinin yaxın zamanda nizamlanacağını düşünmür

Baş səhifə

Bakı.Trend:

Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə
nizamlanması perspektivi hələlik yoxdur.

ABŞ KİV-nin məlumatına görə, bunu ABŞ dövlət katibi
Marko Rubio bildirib.

Amerikalı ali diplomat bununla belə, ölkəsinin mümkün
diplomatik prosesdə konstruktiv rol oynamağa hazır olduğunu dilə
gətirib.




“Hazırda danışıqlar yolu ilə nizamlanmanın əldə
olunması üçün hər hansı perspektiv görünmür. Bu məqsədə nail olmaq
üçün mümkün olan istənilən rolu oynamağa hazırıq. Münaqişənin
eskalasiya ehtimalını böyük narahatlıqla izləməklə yanaşı,
diplomatik həllə nail olunmasında konstruktiv rol oynamağa
hazırıq”, – diplomat qeyd edib.