
Bakı. Trend:
Energetika sahəsində (İtaliya ilə – red.) bir çox önəmli
layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını
İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii
resurslarımızı göndərə bilmişik.
Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella
ilə mətbuata bəyanatında söyləyib.
“Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz
töhfəmizi vermişik”, – deyə dövlətimizin başçısı diqqətə
çatdırıb.

