
Bakı.Trend:
Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8” hərbi
helikopteri Kalininqrad vilayəti istiqamətindən qısa müddətə
Polşanın hava məkanına daxil olub.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ
Komandanlığı məlumat yayıb.
Polşa tərəfinin məlumatına görə, helikopter ölkənin
hava məkanında təxminən 42 saniyə qalıb və sərhəddən təxminən 300
metr dərinliyə irəliləyib.
Buna cavab olaraq Polşa qırıcı təyyarələri havaya
qaldırıb, həmçinin quru qoşunlarının bölmələrini döyüş hazırlığı
vəziyyətinə gətirib. Polşa komandanlığı insidentin xarakterinin
ölkənin hava hücumundan müdafiə sisteminin hazırlıq səviyyəsinin
yoxlanılmasına işarə edə biləcəyini bildirib.
Polşa hərbçiləri vəziyyətin nəzarət altında olduğunu
və əhali üçün təhlükə yaratmadığını bildiriblər.

