
Bakı.Trend:
Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları
ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər
davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda
yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə
maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların
yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat
və sağlamlığını real təhlükə altında qoyur.
“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və
parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir.
Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu
olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir.
Sonda bir daha nəzərə çatdırırıq ki, polis əməkdaşları
tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam
etdiriləcək”,-qurumdan əlavə edilib.

