Ötən il 218 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda qeydiyyat üçün müraciət edib

Baş səhifə
Ötən il 218 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda qeydiyyat üçün müraciət edib

Ötən il 217 min 779 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciət edib.

Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində 806 min 91 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 1248 nəfərin isə vətəndaşlıq məsələri ilə bağlı müraciəti qeydə alınıb.

Sözügedən dövrdə 8984 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-ə müraciət ünvanlayıb.