
Bakı.Trend:
Müdafiə Nazirliyinin “İstirahət evi”nin rüşvət ittihamı ilə həbs
edilən sabiq rəisi, mayor İlham Haqverdiyevin barəsində olan
qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi
keçirilib.
Trend xəbər
verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə
şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən
tədbirlər nəticəsində Nazirliyin “İstirahət evi”nin rəisi mayor
İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.
Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə
araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim
edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq
İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə
cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay
20 gün müddətə həbs qətimkan tədbiri seçilib”.

