Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər
çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir
qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim
toplanışı başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən
hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən
keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə
təmin olunublar.

Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim
keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə
çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların
hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də
praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır.




Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən
keçidi ilə başa çatıb.

Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən
şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və
texnikalar barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, toplanış müddətində hərbi vəzifəlilərə müasir
döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real
döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə
nəzəri-praktiki məşğələlər keçiriləcək.