
Bakı. Trend:
17 oktyabr 2025-ci il tarixində Milli Aviasiya Akademiyası (MAA)
ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti
arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb.
Trend xəbər
verir ki, sənəd MAA-nın rektoru, akademik Arif Paşayev və
“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz
tərəfindən imzalanıb.
Memorandum elm, təhsil, tədqiqat və istehsal sahələrində
qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, tələbələrin və
akademik heyətin iştirakı ilə təlimlərin təşkilini, ixtisasartırma
və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Tədbir çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının
tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri,
Tələbə yaradıcılıq evi, eləcə də Texnoritm mərkəzi ilə tanış
olublar.
Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik
mübadiləsinin genişləndirilməsinə, innovativ layihələrin
reallaşdırılmasına, mütəxəssis hazırlığı proqramlarının
təkmilləşdirilməsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına
töhfə verəcək.

