Maykl Cordan doğma şəhərindəki tibb mərkəzinə 10 milyon dollar ianə edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu
Maykl Cordan doğulduğu Vilminqton şəhərində yerləşən tibb mərkəzinə
10 milyon dollar məbləğində ianə edib.

Trend xəbər verir
ki, ianədən sonra klinikanın Nevrologiya İnstitutu məşhur
basketbolçunun anası Delorisin adını daşıyacaq.




Cordan açıqlamasında bildirib ki, anası ona şəfqətin vacibliyini
öyrədib: “Onun xatirəsini anmaq üçün ehtiyacı olan insanlara ən
müasir nevroloji xidmətin göstərilməsinə dəstək olmaqdan daha yaxşı
bir yol təsəvvür edə bilmərəm”.

Qeyd edək ki, Maykl Cordan dünya basketbolunun ən böyük
oyunçularından biri sayılır. O, ikiqat Olimpiya çempionudur (1984,
1992) və “Çikaqo Bullz”un heyətində altı dəfə NBA çempionu
olub.